Вернуться назад Распечатать

Fransada aktyor Corc Kluninin malikanəsində yanğın baş verib

Amerikalı aktyor Corc Kluninin Fransadakı malikanəsində yanğın baş verib.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 11-də BFMTV kanalı məlumat yayıb.

Məqalədə deyilir: “Cümə günü, iyulun 11-də amerikalı aktyor Corc Kluninin Briqnolesdəki malikanəsində yanğın baş verib <…>.

Yanğının sahəsinin təxminən 300 kvadratmetr olduğu bildirilir. Bundan əlavə, yanğınsöndürənlər bir saat ərzində yanğını tamamilə söndürə biliblər.