Вернуться назад Распечатать

Xamenei Trampın mesajını müzakirə edir

“Hazırda Tehranda ABŞ-ın mesajını nəzərdən keçiririk”.

1xeber.media xəbər verir ki, bunu İslam İnqilabının rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Laricani deyib.

Əli Laricani Əl-Cəzirəyə bildirib ki, Tehran danışıqların bərpası ilə bağlı Vaşinqtondan mesajlar alıb və onları nəzərdən keçirir, cavab verməyə hazırlaşır.

İran rəsmisi, həmçinin bildirib: “Bizə qarşı aparılan müharibədən sonra ABŞ-a artıq etibarımız qalmayıb”.