Вернуться назад Распечатать

Bu ölkədə 2 mindən çox UNO görünüb

Son yarım il ərzində Amerika Birləşmiş Ştatlarının sakinləri iki min dəfədən çox uçan naməlum obyektlərlə (UNO) qarşılaşdıqlarını bildiriblər.


1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın UNO-lar üzrə Milli Məlumat Mərkəzinin məlumatlarında qeyd olunub.


Yanvar ayından iyula qədərki dövrdə amerikalılar ümumilikdə 2268 UNO ilə qarşılaşma halı barədə məlumat veriblər.


Əksər hallarda ay ərzində belə qarşılaşmaların sayı 350-ni keçməyib. Yeganə istisna yalnız yanvar ayı olub. Qışın ilk ayında amerikalılar 561 dəfə UNO gördüklərini bildiriblər.


Xatırladaq ki, ABŞ Konqresi apardığı araşdırmalar çərçivəsində Pentaqonun UNO-ların və yerdən kənar həyatın mövcudluğu ilə bağlı uzun illər ərzində yalan danışdığını müəyyən edib.