Azərbaycanda işgüzar səfərdə olan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara iyulun 12-də Fəxri xiyabanı ziyarət edib.
1xeber.media xəbər verir ki, Əhməd əş-Şara xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.