Вернуться назад Распечатать

Şaranın Azərbaycana səfəri başa çatdı

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.

1xeber.media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriya Prezidenti Əhməd əş-Şaranı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.