Вернуться назад Распечатать

İranda 12 günlük müharibəyə görə ölü sayı artıb

 

İsrailin hava hücumları ilə müşayiət olunan 12 günlük müharibə nəticəsində İranda ölənlərin sayı artıb. 

1xeber.media xəbər verir ki, İranın Ədliyyə Nazirliyinin sözçüsü Əsgər Cahangirin sözlərinə görə, 943 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.

Əsgər Cahangir rəqəmlərin məhkəmə-tibbi ekspertizanın məlumatları əsasında dəqiqləşdirildiyini deyib.

İranın səhiyyə naziri Zəfərqandi də İsraillə 12 günlük müharibə zamanı verilən itki və zərərlərlə bağlı açıqlama verib.

Zəfərqandi bildirib ki, 18 tibb işçisi, o cümlədən 6 həkim vəzifəsini yerinə yetirərkən həyatını itirib.