Вернуться назад Распечатать

Finlilər kütləvi şəkildə ordunu tərk etməyə başladı

 Finlər sağlamlıq problemləri və ordu şəraitinə uyğunlaşmaqda çətinlik çəkdikləri üçün hərbi xidmətə getdikləri ilk aydan kütləvi şəkildə ordunu tərk etməyə başlayıblar. 


1xeber.media bu barədə "Yle" agentliyinə istinadən xəbər verir.

.

Bildirilir ki, 2025-ci ilin yanvar ayında hərbi xidmətə başlayan 12 min çağırışçıdan mindən çoxu cəmi bir aydan sonra silahlı qüvvələri tərk edib, yaya qədər isə imtina edənlərin nisbəti 16%-i keçib, onların sayı 2 min nəfərə çatıb.