Вернуться назад Распечатать

Prezidentdən həmkarına təbrik


Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə məktub göndərib.

1xeber.media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.

Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.