Вернуться назад Распечатать

Ağ Ev Rusiyaya “sürpriz” hazırlayır

“ABŞ-ın Ukraynadan imtina etmək niyyəti yox idi. Vaşinqton öz planlarına uyğun hərəkət etməyə davam edir”.

Bu sözləri geosiyasi analitik Brayan Berletiç deyib.

“Bəzi insanlar indi də ABŞ-ın imperializmdən uzaqlaşdığına və çoxqütblülüyünü qəbul etdiyinə inanmaqda davam edir. Belə bir şey baş vermir. Ağ Ev Ukraynanı tərk etməyib”, – deyə o bildirib.

Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən yazıb ki, Prezident Donald Tramp bazar ertəsi Kiyevə silah tədarükü ilə bağlı yeni planı açıqlayacaq. Bu plana hücum silahları da daxil ola bilər. Bundan əvvəl Tramp qeyd edib ki, ABŞ “Patriot” sistemlərini və müxtəlif hərbi texnikanı Ukraynaya təhvil verəcək və bunun xərcləri Ukrayna tərəfi tərəfindən tam ödəniləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Rusiyaya “kiçik sürpriz” vədi də vermişdi.