Вернуться назад Распечатать

ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq

Bu il dövlət sifarişli yerlərin sayı 2 faiz artıb.

1xeber.media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil ala biləcək:

"Onların 53,31 faizi isə ödənişli əsaslarla təhsil alma şansı əldə edəcəklər”.

DİM sədri əlavə edib ki, bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlərin açılması nəzərdə tutulur:

"Abutiriyent 4 jurnalında plan yerləri barədə məlumatlar dərc ediləcək".