Bakıda yerləşən “Kale Seramik” mağazasının qarşısında çəkilmiş görüntü narahatlıq yaradıb.
1xeber.media xəbər verir ki,32gun.az-ın qaynar xəttinə daxil olan görüntüdə mağazanın düz önündə – piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə avtomobilin saxlanıldığı açıq şəkildə görünür. Bildirilir ki, avtomobil mağazanın rəhbərliyinə məxsusdur.
Vətəndaşlar mağaza rəhbərliyini məsuliyyətli olmağa çağırır və piyada yollarında avtomobil saxlanmasının qarşısını almaq üçün tədbir görülməsini tələb edirlər.