Вернуться назад Распечатать

Əliyevlə Paşinyan nədə razılaşdı?

Ermənistan Nazirlər Kabineti Əbu-Dabidə Nikol Paşinyanla İlham Əliyev arasında aparılan danışıqların təfərrüatını açıqlamağa söz verib.

1xeber.media xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.

O bildirib ki, yaxın vaxtlarda rəsmi açıqlamalar gözlənilir, orada bəzi təfərrüat, o cümlədən tərəflərin konsensus əldə etdiyi məsələlərlə bağlı məlumatlar veriləcək.