Ukrayna prezidenti Vladimir Zelenski Almaniya və Norveçin Ukrayna üçün Patriot zenit-raket kompleksləri alacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Telegram kanalında dərc olunan axşam müraciətində deyilir.
“Mən komandamıza minnətdaram, ABŞ, Almaniya və Norveçə Ukrayna üçün Patriotla bağlı yeni həll hazırladıqlarına görə minnətdaram”, o qeyd edib.
Vurğulanıb ki, Almaniya iki Patriotun, Norveçin isə birinin haqqını ödəməyə hazırdır.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp ABŞ-dan Ukraynaya yeni silah tədarükünə “Patriot” zenit-raket komplekslərinin daxil olacağını açıqlayıb. Onun sözlərinə görə, 17 belə sistemin tədarükü imkanları nəzərdən keçirilir.