Вернуться назад Распечатать

Paşinyan Bakıya görə Trampın daha bir təklifini rədd etdi

Ermənistan  Baş naziri Nikol Paşinyan ABŞ  Prezidenti Donald Trampın  Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı təklifini rədd edib.

1xeber.media xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əllərindən gələni edirlər. Nüfuzlu erməni fiqurları Trampın qızının əri ilə əlaqə saxlayıb, danışıqlar aparıblar. ABŞ lideri İrəvanın bu barədə təklifinə müdaxilə etməyə razılaşıb. Bu məsələ Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana çatdırılıb. Ağ Ev rəhbərinin rəsmi əsasının olması üçün sadəcə bir kağız parçası lazım idi, lakin rədd edilib”, – deyə nəşr bildirib.

“Hraparak” qeyd edib ki, Paşinyan belə bir sənədin Ermənistan-Azərbaycan sülh  müqaviləsinin imzalanmasına mane olacağını vurğulayıb.