Вернуться назад Распечатать

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi ləğv etmək istəyir

Aİ rəsmiləri respublikada etirazların yatırılmasına cavab olaraq Gürcüstanla vizasız rejimin ləğvini müzakirə edəcəklər.

1xeber.media xəbər verir ki, Bu barədə RİA Novosti-nin sözlərindən sitat gətirən Politico nəşri məlumat yayıb.

“Aİ diplomatları hakim partiyanın dinc mitinqləri dağıtmasına etiraz olaraq Gürcüstanla vizasız rejimin ləğvi planlarını müzakirə edəcəklər”, - deyə nəşr yazır və qeyd edir ki, etirazlar Aİ-nin Gürcüstana təzyiq göstərmək üçün görə biləcəyi mümkün tədbirlərdən biridir.

Bundan əvvəl Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib ki, Gürcüstan uzun müddət Aİ-yə üzv olmaq şansını itirmək riski daşıyır. Avropalı diplomat əlavə edib ki, iyunun 23-də Aİ-nin xarici siyasət idarələri rəhbərlərinin görüşündə Gürcüstanla bağlı məsələlər müzakirə oluna bilər.

Onların arasında xüsusilə Aİ əleyhinə yönəlmiş dezinformasiya, sanksiyaların tətbiqi ehtimalı və respublika ilə vizasız rejimin taleyi var.