Вернуться назад Распечатать

Ramil Cəfərov Milli Məclisdə vəzifəyə gətirildi

Milli Məclisin aparatında yeni təyinat baş tutub.

1xeber.media modern.az-a istinadən xəbər verir ki, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoruna yeni müdir təyin edilib.

Sözügedən vəzifəyə Ramil Cəfərov gətirilib. 1986-cı il təvəllüdlü dövlət qulluqçusunun ixtisası beynəlxalq iqtisadi münasibətlər, Regional idarəetmədir.

Qeyd edək ki, əvvəllər bu vəzifəni tutan Kənan Axundov bir neçə gün əvvəl Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.