Вернуться назад Распечатать

Bakıda və Abşeronda arxeoloji tədqiqatlar başlanıldı

 Son illərdə paytaxt Bakıda və Abşeron yarımadasında arxeoloji tədqiqatlar başlayıb.


1xeber.media xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.


Onun sözlərinə görə, sözügedən ərazi qədim tarixə malikdir və Bakının tarixi məhəllələrində arxeoloji tədqiqatlar daha da genişləndirilməlidir.


O qeyd edib ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda olmaqla, Azərbaycanın bir çox bölgəsində hazırda arxeoloji ekspedisiyaların uğurla fəaliyyət göstərir.