Vaxtilə erməni əsirliyində olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında düşən mübahisə barışıqla bitib.
1xeber.media xəbər verir ki, bu barədə Teleqraf-a açıqlama verən K.Əsgərov bildirib ki, atası ilə barışıb
"Bildiyniz kimi atam Dilqəm Əsgərovla mənim aramda mübahisə olmuşdu. Mən əsəblərimi cilovlaya bilmədim və atam əleyhinə danışmışdım. Biz artıq barışmışıq. O mənim böyüyümdür. Mən mətbuat vaistəsi ilə atam Dilqəm Əsgərovdan üzr istəyirəm".
Qeyd edək ki, uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında bir müddət öncə mülkiyyət üstündə münaqişə baş vermişdi. K.Əsgərov atasının əsirlikdən qayıtdıqdan sonra atası ilə münasibətinin kəskinləşdiyini, hətta baltalı hücuma məruz qaldığını bildirmişdi. O, atasından Şəmkir Polis Şöbəsinə şikayət etmişdi.