Вернуться назад Распечатать

Bu gündən Azərbaycan vətəndaşları Çinə vizasız gedə biləcək

 

 Bu gündən etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib.

1xeber.media  xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları Çin Xalq Respublikasına viza almadan səyahət edə biləcək. Onlara hər səfər üçün 30 günədək, ümumilikdə isə 6 ay ərzində 90 günədək vizasız qalmaq icazəsi verilir.

Bu qərar Azərbaycan və Çin arasında siyasi, iqtisadi və turizm əlaqələrinin genişlənməsində yeni mərhələ kimi qiymətləndirilir.