Вернуться назад Распечатать

Polad Həşimovun oğlu universitetə qəbul olundu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov ali təhsil almaq üçün ABŞ-ı seçib.

1xeber.media xəbər verir ki, Davud Həşimov 4 müxtəlif ölkənin 7 nüfuzlu universitetindən qəbul dəvəti alıb. Milli Qəhrəmanın oğlu təhsilini ABŞ-ın prestijli ali təhsil müəssisələrindən biri olan Purdue Universitetində davam etdirmək qərarına gəlib

Qeyd edək ki, Purdue Universiteti dünyada mühəndislik və texnologiya sahəsində aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.