Вернуться назад Распечатать

Bulvardakı konsertdə söyüş söyən reper saxlanıldı

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.