Вернуться назад Распечатать

Zelenski yeni hökumətin tərkibini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski Xalqın Xidmətçisi Partiyasından olan deputatlarla görüşündə yeni Nazirlər Kabinetinə namizədlərin siyahısını açıqlayıb.


1xeber.media xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya parlamentdəki mənbələrdən məlumat verilib.


Mənbənin sözlərinə görə, Zelenski namizədlərin siyahısını oxuyub:


Yuliya Sviridenko - Baş nazir;


Denis Şmıqal - müdafiə və strateji sənaye naziri;


Mixaylo Fedorov - Baş nazirin birinci müavini;


Taras Kaçka - Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini;


Aleksey Sobolev - iqtisadiyyat, aqrar siyasət və ekologiya naziri;


German Qaluşenko - ədliyyə naziri;


Svetlana Qrinçuk - energetika naziri;


Denis Ulyutin - sosial siyasət naziri;


Mədəniyyət naziri ilə bağlı məsləhətləşmələr aparılır.


Yerdə qalan nazirlər isə öz vəzifələrini qoruyacaqlar.