Вернуться назад Распечатать

Gəncədə qəza oldu - Xəsarət alan var

 Gəncədə yol qəzası olub.


1xeber.media məlumatına görə, hadisə Gəncəçayının üzərində yerləşən körpüdə qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Qəza zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.