Вернуться назад Распечатать

Türkiyədə meşə yanğınları davam edir

 Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları davam edir.


1xeber.media xəbər verir ki, iyulun 15-də kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəlik əraziyə keçib.


Yanğının söndürülməsi üçün 15 təyyarə, 19 helikopter, 500-ə yaxın yerüstü maşın və digər texnikalarla havadan və qurudun tədbirlər görülür.


Yanğın səbəbindən əhali evlərindən təxliyyə olunub.