Вернуться назад Распечатать

298 saylı məktəbin direktor əvəzi barəsində yayılan məlumatlara aydınlıq gətirilib

Bu günlərdə sosial şəbəkələrdə 298 saylı orta məktəbin direktor əvəzi işləyən Günay Nəzərova barəsində məlumat paylaşılıb.
Həyat yoldaşı ilə birgə görüntüləri yayılan Elvin Məmmədov xanımı barəsində yayılan məlumatlara aydınlıq gətirib. 

1xeber.media -ya açıqlama verən Elvin Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. 
Onu da bildirək ki, artıq mövcud məsələyə Bakı şəhər təhsil idarəsindən münasibət bildirilib. 
Qeyd olunub ki, 23 may 2025-ci il tarixindən etibarən 298 nömrəli tam orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası G.Nəzərovaya həvalə olunub.
Bu müddət ərzində ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin edilməsi, idarəetmənin və tədrisin keyfiyyətinin artırılması məqsədilə mühüm tədbirlərə başlanılıb.
Qeyd edək ki, 298 nömrəli məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən G.Nəzərova 8 illik pedaqoji staja malikdir. O, 13 yanvar 2023-cü il tarixində 284 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsinə təyin edilmişdir. Qanunvericiliyə əsasən, 5 ildən artıq pedaqoji staja malik şəxslər direktor vəzifəsində çalışa bilərlər.

1xeber.media olaraq 298 nömrəli tam orta məktəbin direktor əvəzi işləyən Günay Nəzərova barəsində yayılan məlumatlarla bağlı araşdırma apardıq və məlum oldu ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Günay Nəzərova etik davranış qaydalarını pozacaq heç bir hərəkətə yol verməyib. İşini vicdanla və dürüst yerinə yetirir.

Hazırda təhsil ocağında səmərəli təlim və inkişaf mühitinin formalaşdırılması, məktəb idarəçiliyində keyfiyyətin yüksəldilməsi istiqamətində sistemli işlər aparılır.