Вернуться назад Распечатать

Fransa Seneqal ərazisindəki son hərbi bazalarını təhvil verəcək

Fransa Afrika ölkəsindəki son hərbi bazalarını Seneqal hakimiyyətinə təhvil verir.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 17-də France 24 telekanalı məlumat yayıb.

“Cümə axşamı Fransa Seneqaldakı son hərbi bazalarını rəsmən təhvil verəcək və bu ölkədəki 65 illik mövcudluğuna son verəcək”, - nəşr yazır.

Nəşrin yazdığına görə, bu addım o deməkdir ki, Fransa bütün Afrika boyu respublikanın “hərbi mövcudluğuna” son qoymağa çağırışların artması fonunda öz qoşunlarını keçmiş müstəmləkələrindən çıxarmağa hazırlaşır.