Вернуться назад Распечатать

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb

 Repatriasiya tədbirləri çərçivəsində minlərlə müharibə qurbanının cəsədi Ukraynaya qaytarılıb. Yaxın vaxtlarda meyitlərin bütün lazımi müayinələri aparılacaq.


Bu barədə 1xeber.media Ukrayna Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının “Telegram” kanalına istinadla xəbər verir.


Rusiya tərəfinin məlumatına görə, təhvil verilən bütün cəsədlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbi qulluqçulara aiddir.


Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qrupları ilə birlikdə bütün zəruri ekspertizaları keçirəcək və repatriasiya edilən meyitlərin kimliyini müəyyən edəcəklər.


Koordinasiya qərargahının məlumatında bildirilir: “Cəsədlər Koordinasiya Qərargahı, SBU yanında Birgə Mərkəz, Ukrayna Silahlı Qüvvələri, Ukrayna Daxili İşlər Nazirliyi, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili aparatı, Xüsusi Komissiya yanında səlahiyyətli şəxsin Katibliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində geri qaytarılıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və ölkənin təhlükəsizlik və müdafiə sektorunun digər strukturları da bu prosesdə fəal iştirak edib”.


Türkiyədə keçirilən danışıqların ikinci raundunda Ukrayna və Rusiya Federasiyası həlak olmuş hərbçilərin


cəsədlərinin genişmiqyaslı mübadiləsinə dair razılığa gəliblər. Tərəflər “6000-ə 6000” formatı ilə bağlı razılıq əldə ediblər. Mübadilənin birinci mərhələsi iyunun 11-də baş tutub. Daha sonra Ukrayna mindən çox həlak olmuş əsgərin cəsədini qaytarıb. Söhbət ölkənin şərqində, cənubunda və Kursk vilayətində öldürülən əsgərlərdən gedir.