Вернуться назад Распечатать

Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib

 Ukrayna Ali Radası keçmiş Baş nazir Denis Şmıqalı müdafiə naziri təyin edib.


1xeber.media xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.


D.Şmıqalın Prezident Volodimir Zelenski tərəfindən irəli sürülən namizədliyinin lehinə 267 xalq deputatı səs verib.