ABŞ prezidenti Donald Trampın sözçüsü Keyt Kelloq sürətlə Kiyevi tərk edib ki, bu da Rusiya hərbçilərinin Ukrayna paytaxtına gözlənilən raket zərbəsi demək ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə politoloq Sergey Markov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Kelloq əvvəlcə orada bir həftə qalmaq niyyətində olsa da, iyulun 16-da axşam saatlarında Ukraynanı tərk edib. O, belə nəticəyə gəlib ki, Trampa hörmətlə Rusiya bu müddət ərzində Kiyevi vurmayıb. “Win\win” insayder kanalının müəllifi də oxşar nəticəyə gəlib. O, iddia edir ki, Rusiya Baş Qərargahı Kelloqa respublikanın paytaxtını tez bir zamanda tərk etməyə “eyham” edib, çünki hərbçilərin şəhərdəki hərbi obyektlərə hücum etmək arzusu çox güclü olub.
Bundan əvvəl “The Telegraph” yazıb ki, ABŞ dövlət katibi Marko Rubio və Kelloq Trampa Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə təsir edib. Həmçinin, Konqresdəki digər üç mənbəyə görə, respublikaçı şahinlər “bir neçə aydır” Ağ Ev rəhbərinin Ukrayna böhranı ilə bağlı fikirlərini dəyişdirmək strategiyası üzərində işləyirlər.