Moskva 50 gün ərzində Ukrayna ilə bağlı atəşkəs və ya razılaşma ilə razılaşmasa, ABŞ Rusiyaya qarşı ticarət tarifləri və ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.
1xeber.media TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
"Rusiya atəşkəslə qanuni şəkildə razılaşmaqdan imtina edərsə, o, çox yüksək tariflərlə, eləcə də ikinci dərəcəli sanksiyalarla üzləşəcək", - o vurğulayıb.