Вернуться назад Распечатать

Orban Ukraynada münaqişənin həlli üçün şərtləri açıqlayıb

Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ prezidentləri arasında görüş lazımdır, bu görüş zamanı tərəflər müvafiq razılıqlar əldə edəcəklər.

1xeber.media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Ultrahang YouTube kanalında deyib.

“Rusiya və Amerika prezidentləri danışıqlar masası arxasına əyləşənə və Rusiya ilə ABŞ arasında razılıq əldə olunmayana qədər (münaqişənin həlli mümkün olmayacaq)”, - Orban deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri təkcə Ukraynanı deyil, həm də enerji qiymətləri, iqtisadi sanksiyalar və silahlara nəzarətlə bağlı məsələləri müzakirə etməlidirlər.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz vermişdi.