Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev özünün Facebook sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
1xeber.media paylaşımı təqdim edir:
Şəkil deyir ki, yaz…
40 dərəcə istidə yanan qumun üstündə kiminsə tulladığı zibili yığan insanlar…
Onlar qəhrəman kimi tanınmırlar,
Heç kim onlara təşəkkür etmir,
Adları yazılmır, şəkilləri paylaşılmır…
Amma başqalarının tulladığı zibilləri toplamaqla bu insanlar heç kimi utandırmadan, qınamadan təmiz bir sabah üçün çalışırlar. Hər torbanın içində yalnız tullantı yox, məsuliyyətsizliyin izləri var.
Bəlkə də bu görüntü bir sual doğurmalıdır: Zibili kim atdı? Kim təmizlədi?