Rusiyalı qrossmeyster və senator “Ukraynanın ərazisini və ya dövlət sərhədini zorla dəyişdirmək məqsədilə törədilən hərəkətləri maliyyələşdirmə” maddəsi ilə ittiham olunur.
1xeber.media xəbər verir ki, Çernivtsinin Şevçenkivski rayon məhkəməsi rusiyalı qrossmeyster Sergey Karyakini əmlakı müsadirə olunmaqla qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Facebook” sosial şəbəkəsində Ukraynanın Çernovtsı vilayəti üzrə Təhlükəsizlik Xidməti məlumat yayıb.
35 yaşlı Karyakin Ukrayna Cinayət Məcəlləsinin 110-2-ci maddəsinin 4-cü hissəsi (Ukraynanın ərazisini və ya dövlət sərhədini zorla dəyişdirmək məqsədilə törədilən hərəkətləri maliyyələşdirmə) ilə təqsirli bilinib.
"O, öz media varlığından istifadə edərək Telegram kanalı yaradıb və bu kanal vasitəsilə Rusiya ordusunun ehtiyacları üçün vəsait toplayıb. Topladığı yüz milyonlarla rublla Karyakin pilotsuz təyyarələr, termoskoplar, xüsusi texnika, silahlar və digər hərbi texnika alıb", - məlumatda deyilir.