Вернуться назад Распечатать

Əvəz Zeynallı 2 gün kitab satacaq

Xərcəng xəstəliyindən əziyyət çəkən jurnalist Əvəz Zeynallı öz kitablarını satır .Bu haqda yazıçı Kəramət Böyükçöl status paylaşıb.

1xeber.media statusu təqdim edir:

Sabah və birigün, yəni iki gün müddətində səhər saat 10-dan axşam 20-yə kimi Elmlər Akademiyasının qarşısındakı parkda Əvəz Zeynallı ilə birlikdə kitablarımızı satacağıq. Bildiyiniz kimi, Əvəz bəy ağır xərçəng xəstəsidir. O, müalicəsi üçün insanlardan dəstək gözləyir. Ona görə də iki gün parkda öz kitablarını satacaq. Gəlin, onun kitablarını alın, Əvəz bəyə dəstək olaq. Xəbəri öz səhifənizdə paylaşmaqla da dəstək ola bilərsiniz. Əvəz Zeynallını bu amansız xəstəliklə mübarizədə tək qoymayaq.