Вернуться назад Распечатать

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak oldu

 Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.


1xeber.media Report-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.


Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.


Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.