Вернуться назад Распечатать

Akopyan saxlanıldı: Hakimiyyəti ələ keçirmək çağırışı...

 Ermənistanın keçmiş millət vəkili Ruben Akopyan saxlanılıb.


1xeber.media xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.


Qeyd olunub ki, Akopyan cari ilin iyulun 1-də verdiyi müsahibədə hakimiyyəti zorakılıqla ələ keçirmək barədə açıq çağırış edib. Bu səbəbdən ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb.