Вернуться назад Распечатать

Balakəndə geriyə hərəkət edən maşın piyadanı vuraraq öldürdü

 Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə rayonun Mahamalar kəndində baş verib.


Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.


Faktla bağlı cinayət işi başlanılıb.