Moskvanın Vnukovo hava limanından Kalininqrada uçan təyyarə Xrabrovo hava limanında məcburi eniş edib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 19-da Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
"Moskvadan (Vnukovo) Kalininqrada (Xrabrovo) uçan təyyarənin Kalininqrad vilayətindəki Xrabrovo hava limanının ərazisinə təcili eniş etməsi barədə məlumat daxil olub", - idarə öz Telegram kanalında yazıb.
İlkin məlumata görə, hadisəyə səbəb kondisioner sisteminin nasazlığı olub. Hadisə nəticəsində tələfat olmayıb. Enişdən sonra təyyarə yedəyə alınaraq dayanacağa aparılıb.