Вернуться назад Распечатать

Gəncədə kişi qızını döyərək öldürdü

Gəncədə gənc qız atası tərəfindən döyülərək öldürülüb.

Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Belə ki, sözügedən ərizdə yaşayan 1978-ci il təvəllüdlü Səməd Həsənli 2003-cü il təvəllüdlü qızı Leyla Həsənlini döyərək öldürüb.

Polis əməkdaşların keçirdikləri əməliyyat zamanı hadisəni törədməkdə şübhəli bilinən S.Həsənli tutulub.

Fakt araşdırılır.