Вернуться назад Распечатать

Zelenski yerli hakimiyyət orqanları ilə əlaqə saxlamır - Kliçko

Ukrayna prezidenti Vladimir Zelenski yerli hökumət orqanları ilə əlaqə saxlamır.

1xeber.media xəbər verir ki, bunu şənbə günü, iyulun 19-da Kiyev meri Vitali Kliçko deyib.

Kliçko Almaniyanın NTV telekanalının efirində deyib: “Zelenski yerli hökumət orqanları, o cümlədən paytaxt meri ilə əlaqə saxlamır.

Kiyev meri “Zelenskidən başqa hamı ilə” əlaqə saxladığını da vurğulayıb.