Вернуться назад Распечатать

Ukrayna Konstitusiyadan rus dilinin çıxarılmasını tələb edir

Ukraynanın Dil Ombudsmanı Yelena İvanovskaya rus dilinin ölkə Konstitusiyasından çıxarılmasını tələb edib.

1xeber.media xəbər verir ki, bu barədə “Ukrainform” məlumat yayıb.

Onun sözlərinə görə, qanunvericilikdə simvolik bərabərsizlik aradan qaldırılmalıdır.

"Xüsusən, Rusiya Federasiyasının silahlı təcavüzü kontekstində təkcə ünsiyyət vasitəsi deyil, həm də sabitliyi pozan bir vasitə olan rus dilinin xüsusi statusu" dedi.

Bundan əvvəl Dövlət Dumasının mədəniyyət komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov bildirmişdi ki, Ukraynada kitabxanalardan rus kitablarının yığışdırılması və məhv edilməsi ölkəni yoxsullaşdırır və ötən əsrdə Almaniyada kitabların yandırılmasını xatırladır.