Вернуться назад Распечатать

Zəngəzur bir çox ölkələri birləşdirəcək – İlham Əliyev

Zəngəzur bir çox ölkələri birləşdirəcək.

1xeber.media xəbər verir ki, bu sözləri Azərbaycan  Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Zəngəzurda nəqliyyat yolundan danışanda təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan  Muxtar Respublikası ilə birləşməsindən danışmırıq.

“Söhbət beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizindən gedir”.