Вернуться назад Распечатать

“Ailə üzvlərim süni intellektdən istifadə edirlər” - Video

“Süni intellektdən özüm istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Bəzən mənə də bu barədə məlumat verirlər”.

1xeber.media  məlumatına görə, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Dövlət başçısı nə vaxtsa, süni intellektdən istifadə edəcəyini istisna etməyib:

“Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizim öz bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın”.

[media=]