Вернуться назад Распечатать

Rusiya Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla, bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb.

1xeber.media Report-a istinadla xəbər verir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var.

Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib.

Ölənlər və yaralananlar var. Tələfatın və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.