Вернуться назад Распечатать

General oğlundan sonra anasını da itirdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, general-mayor Orxan Qasımova ağır itki üz verib.

1xeber.media xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları bildirib.

General-mayorun anası Aybəniz Qasımova vəfat edib.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıacaq.

Qeyd edək ki, A.Qasımovanın həyat yoldaşı Cavanşir Tağıyev vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri işləyib.

Qeyd edək ki,general-mayor O.Qasımovun oğlu Ayxan Qasımov 2025-ci il fevralın 24-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.