Вернуться назад Распечатать

Pekin Si Cinpin və Trampın görüşünü təsdiqləməyib

Pekin hələ ki, Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşü təsdiq etməyib.

1xeber.media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.

"Dövlət diplomatiyası başçıları Çin-Amerika münasibətlərində müstəsna strateji, istiqamətləndirici rol oynayır", - çinli diplomat bildirib.

Bundan əvvəl “The Times”ın mənbələri Tramp, Xi və Rusiya prezidenti Vladimir Putinin sentyabrın əvvəlində Çində görüşə biləcəyini yazıb.