Вернуться назад Распечатать

Rusiya Ukraynaya məxsus 14 pilotsuz uçan aparatı məhv edib

Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) Rusiyanın dörd bölgəsində Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 8:30-dan Moskva vaxtı ilə saat 12:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 14 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib", - deyə idarənin Telegram kanalında məlumat verilib.

Səkkiz PUA-nın Kaluqa vilayəti ərazisində, ikisinin isə Bryansk, Tula və Oryol vilayətləri üzərində məhv edildiyi bildirilir.