FSB əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıb.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 21-də FSB-nin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Bir sıra əməliyyat-istintaq tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 3-cü hissəsində (“Terrorçuluq fəaliyyətinə yardım”) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Rusiya vətəndaşının Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.
Saxlanılan şəxsin hərbi-sənaye kompleksi (MİK) obyektləri və Müdafiə Nazirliyi haqqında məlumatları toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürdüyü qeyd olunur. FSB əlavə edib ki, həmin şəxs nəzarətə götürülüb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.