Вернуться назад Распечатать

Peskov: Rusiya tərəfdən Ukrayna üzrə danışıqlar qrupunda heç bir dəyişiklik yoxdur

Rusiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibində dəyişiklik etməyib.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 21-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

"Rusiya tərəfində danışıqlar qrupunda heç bir dəyişiklik yoxdur. Bilirsiniz ki, biz üçüncü raundun keçirilməsinin tərəfdarıyıq", - o, brifinq zamanı "İzvestiya"nın sualını cavablandırarkən deyib.

Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Kreml danışıqların tarixi barədə yekun təsdiq edildikdən sonra məlumat verəcək.