Вернуться назад Распечатать

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

 Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.


1xeber.media xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.


"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.


Xatırladaq ki, bu gün Banqladeşin paytaxtı Dəkkədə "Milestone" kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot daxil olmaqla 19 nəfər həlak olub, 164 nəfər yaralanıb.